Rasim Balayev: "Babək"də atdan yıxılmağımın əziyyətini indi çəkirəm

Rasim Balayev: Babəkdə atdan yıxılmağımın əziyyətini indi çəkirəm
Şou-biznes 8344

Xalq artisti, Azərbaycanın tanınmış aktyoru Rasim Balayevin səhhətində yenə də problemlər yaranıb.

Bu barədə sənətkar BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, Türkiyəyə müalicəyə getməyə hazırlaşır.

“Belimdə kiçik yırtıq var. “Babək” filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxılmışam. Onun altını indi çəkirəm. İndi də belimdə ağrılar var. Müalicə etmək üçün Ankaraya gedirəm. Bakıda əməliyyat etdirmək istədim. Lakin məsləhət görmədilər”, - deyə Rasim Balayev bildirib.

Sənətkar müalicəsinin pulunu öz hesabına ödəyəcəyini də vurğulayıb:

“İndi gedirəm, görüm nə qədər pul tutacaq. Əvvəlcədən həkimlə danışmışıq. Müalicənin qiyməti barədə konkret nəsə deməyib. Bildirib ki, bu o qədər də önəmli deyil.

Düşünürəm ki, müalicə pulu əməliyyatın dəyərindən nisbətən ucuz olar. Əgər müalicə pulu çox olmasa, öz hesabıma ödəyəcəyəm. Yox əgər baha olsa, kömək üçün müraciət edəcəyəm”.

Ziya SƏCCADBAKU.WS

Son xəbərlər