Rafael Dadaşovun efirlərə çıxmayan qızı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Brilliant Dadaşova mərhum Rafael Dadaşovun ikinci qızı Leylinin görüntülərini paylaşıb.
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, müğənninin sosial şəbəkə hesabında yayımladığı videoda Leyli mahnı oxuyur.
"Dadaşovalar: Leyli və Nigar. Leyli həm bacım qızıdır, həm də əmim oğlu Rafaelin qızıdır. İkitərəfli istedad var.
Bu videonu paylaşıram ki, bəzi Xalq artistləri baxıb canlı oxumaq öyrənsinlər. Leylini yalvara-yalvara oxutdururuq", - deyə B.Dadaşova videoya şərhində yazıb.
Qeyd edək ki, Leyli B.Dadaşovanın bacısı Sədaqətin qızıdır. Rafael Dadaşov və Sədaqətin digər qızı Səidə isə tanınmış müğənnidir.
Oxşar xəbərlər
Brilliant Dadaşova: “Rafael Prezidentlə görüşə çağırılmadığına görə kədərlənmişdi” - VİDEO
Xalq artisti Brilliant Dadaşova ATV telekanalında yayımlanan “Şou ATV” səhər verilişində qonaq olub. BAKU.WS xəbər verir ki, Brilliant Dadaşova mərhum Xalq arti...