Qolu sınan Acun Ilıcalı: "Qırılan sümüyüm qalın idi" - FOTO/VİDEO

Türkiyəli məşhur prodüser Acun Ilıcalı xəstəxanadan evə buraxılıb.
BAKU.WS xəbər verir ki, 3 gün əvvəl motosiklet qəzasına düşərək tibb müəssisəsinə yerləşdirilən Ilıcalı qolundan əməliyyat olunub. Ötən gün isə xəstəxanadan çıxan aparıcı səhhətinin yaxşı olduğunu deyib:
"Dönülməz yoldan dönməyə çalışan bir vətəndaşımız bizi səkiyə doğru sıxışdırdı. Nəticədə qızım Banu ilə başımıza bədbəxt hadisə gəldi. Ondan şikayət etmədim, hamımız səhv edə bilərik, səhv etmək insana aiddir".
Məlumat üçün bildirək ki, Ilıcalı 3 gün əvvəl Kemerburgaz prospektində "34 EJT 662" qeydiyyat nişanlı motosikleti ilə qəzaya düşüb. Hadisə nəticəsində aparıcının qolu sınıb.
Ətraflı videoda:

Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
