Qızı məzun olan Zülfiyyə Xanbabayeva: "Təsəvvür etmirdim..." - VİDEO

Ötən gün Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dənizin məzun gecəsi keçirilib.
BAKU.WS xəbər verir ki, mərasim paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub. Məclisdə tanınmış müğənnilər sevilən ifalarını səsləndiriblər. Onlar arasında qızının məzun gecəsi olan Zülfiyyə Xanbabayeva da olub.
Müğənni hit mahnılarını ifa edərək övladını məzun olması münasibətilə təbrik edib. Bu haqda Xanbabayeva sosial şəbəkədə bildirib. O, Dənizin məzun günündən yeni görüntülər paylaşaraq həmin gün fərqli hisslər yaşadığını qeyd edib:
"Qəribə hisslərdir... Dənizimin ilk məzun gecəsində həm də bir müğənni olaraq iştirak edəcəyimi təsəvvür etmirdim. Əziz, doğma balalarımız! Hər birinizi ürəkdən təbrik edirik! Yolunuz açıq olsun!".
Oxşar xəbərlər
Zülfiyyə Xanbabayevanın qızı Dənizin məzun günündən GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dəniz orta məktəbi bitirib. BAKU.WS xəbər verir ki, ötən gün sənətçinin övladının məzun gecəsi təşkil edilib. Mərasim...
