Qırmızı şalvarına görə tənqid olunan Tacir: "Kaş bütün qara şalvar geyinənlər kişi olardı" - VİDEO

Qırmızı şalvarına görə tənqid olunan Tacir: Kaş bütün qara şalvar geyinənlər kişi olardı - VİDEO
Video
Şou-biznes 12

Müğənni Tacir Şahmalıoğlu sosial şəbəkə hesabında məclislərdən birində lentə alınan görüntülərini paylaşıb.

BAKU.WS xəbər verir ki, ifaçının videosu izləyiciləri tərəfindən birmənalı qarşılanmayaraq, tənqidlərə tuş gəlib.

Belə ki, istifadəçilər sənətçinin geyindiyi qırmızı şalvarına görə qınayıblar.

Tacir onun tənqid edənlərə sərt etirazını bildirib:

“Burdan bəzi “Ağıllılara səslənirəm”. Zəhmət olmasa, siz mənim geyimimə yox, sənətimə dəyər verin və qiymətləndirin. Qalanı üçün o gözəl beyninizi yormuyun. Və onuda əlavə etmək istəyirəm ki, kaş bütün qara şalvar geyinənlər kişi olardı”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər