Qəzaya düşən Namiq Fərhadoğlu: "Avtomobilə 5-6 min ziyan dəyib" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Aşıq Namiq Fərhadoğlu qəzaya düşüb. Paytaxtın Babək prospektində baş verən zəncirvari qəza zamanı aşığın avtombilinə xeyli ziyan dəyib.
BAKU.WS xəbər verir ki, Namiq ilk dəfə qəzadan danışıb. "Xəzər axşamı" verilişində canlı yayıma bağlanan Fərhadoğlu avtomobilinə dəyən ziyanın məbləğini açıqlayıb:
"Təki cana gələn, mala gəlsin. Məni narahat edən bir məqam var. Elə sürətlə gəlirdi ki, dedim, orada insan olsa, necə olardı? Maşın da özünün deyil, dövlət avtomobilidir. 150 kilometr saat sürətlə gedirdi. Avtomobilimə 5-6 min dəyərində ziyan dəyib".
Xatırladaq ki, qəzada “Toyota” markalı maşını idarə edən Hüseynov Namiq Fərhadoğlu işıqforun qırmızı işığında dayanan zaman “Azsamand” markalı nəqliyyat vasitəsini idarə edən şəxs yüksək sürətlə maşını əvvəlcə “Renault” markalı avtomobilə çırpıb.
Daha sonra “Azsamand” Namiq Hüseynova məxsus “Toyota”ya dəyərək dayanıb. Hadisə nəticəsində “Renault” markalı nəqliyyat vasitəsində olan iki nəfər xəsarət alıb.
Qəza yerinə təcili tibbi təxirəsalınmaz yardım xidmətinin əməkdaşları cəlb edilib. Yaralılar 3 nömrəli xəstəxanaya aparılıb.
Ətraflı videoda:
Oxşar xəbərlər
Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATLARI - VİDEO
Bakıda baş verən cinayətin təfərrüatları məlum olub. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 24 iyun 2019-cu il tarixində Nizami rayonu, Qara Qarayev prosp...