Qeyri-adi kəşf: Telefon soğandan enerji yığdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyada yaşayan Auen Luiz adlı gənc qeyri-adi addımı ilə medianın diqqətini çəkib.
BAKU.WS xəbər verir ki, Auen telefonun enerjisini soğanla təmin edib. Onun bu qəribə addımı eşidənləri və görənləri heyrətə gətirib.
Dostundan tərəvəzlərdə müəyyən enerji olduğunu öyrənən Auen soğanı enerji mənbəyi kimi istifadə etmək üçün bir çox təcrübələr aparıb.
Bütün tərəvəzlərdə ionlar var. Auen əvvəl soğanı enerji içkisinə salıb. Enerji içkisi onun tərkibindəki ionları fəallaşdırıb. Daha sonra Luiz soğanı mayedən çıxarıb üzünün suyunu silərək telefonda olan USB-nin digər ucunu soğana taxıb. Nəticədə mobil telefon enerji ilə təmin olunub.
Qalereya
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...