Qərb bölgəsində leysan bəzi ərazilərdə elektrikin kəsilməsinə səbəb olub

Qərb bölgəsində leysan bəzi ərazilərdə elektrikin kəsilməsinə səbəb olub
Şou-biznes 87

Qərb bölgəsində güclü küləklə müşahidə olunan leysan bəzi ərazilərdə elektrikin kəsilməsinə səbəb olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir rayonlarında və Gəncə şəhərində güclü külək bəzi ərazilərdə fəsadlar yaradıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hava şəraiti səbəbindən avtomobil yollarında da nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb. Yağış suları əkin sahələrinə dolub, təsərrüfata ziyan vurub.

Hazırda Gəncə şəhərində və ətraf rayonlarda küləklə müşahidə olunan yağıntılı hava şəraiti davam edir. Güclü ildırım çaxır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Ölkə ərazisində iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a ve...

3 Şou-biznes 13:53 22 iyul 2018

Son xəbərlər