“Pul sabah sizdə olacaq” – Coşqun Rəhimovdan böyük jest – VİDEO

03
okt
2019
11:01
ARB TV-nin “Elgizlə İzlə” verilişində əməkdar artist Coşqun Rəhimovla canlı efirlə telefon bağlantısı yaradıb.Aktyor “Elgizlə İzlə”yə yardım üçün çıxan Nuranənin anasına kömək edəcəyini deyib:“İmkan daxilində qızımıza kömək edirəm. Qıymaram ki, studiyada əyləşən xanım öz nəvəsinin müalicə pulunu versin. İnanıram ki, bir çox sənət adamları, imkanlı şəxslər yardım etmək üçün sənin verilişinə müraciət edərlər. Gəlin bir-birimizə dəstək olaq. Səhər inşallah pul orada olacaq”.Qeyd edək ki, Nuranə adlı xanım “Elgizlə İzlə”yə xəstə anasının dərmanlarını ala bilmədiyi və yardım üçün müraciət edib. Studiyada tamaşaçı qismində iştirak edən başqa bir qadın xərçəng xəstəsi olan nəvəsinin müalicə pulunu anasının dərmanlarını alması üçün Nuranəyə verib.
Oxşar xəbərlər
Qaraçılar 30 yaşlı xəstə qızı qaçırıb dilənməyə və oğurluğa məcbur edir - VİDEO
30 yaşlı qız qaraçılar tərəfindən qaçırılıb. BAKU.WS xəbər verir ki, Lamiyə adlı xanım ARB-nin "Elgizlə izlə" proqramına gələrək bacısının dükana gedərkən qaçır...