PRoMete Faiq Ağayevlə YENİ DUET TƏQDİM ETDİ - VİDEO

Repçi PRoMete (Pərviz İsaqov) Xalq artisti Faiq Ağayevlə birgə oxuduğu dueti təqdim edib.
BAKU.WS xəbər verir ki, məşhurların birgə səsləndirdiyi mahnı "Anaya məktub / Bəlkə də" adlanır.
Sözləri Vaqif Səmədoğlu, musiqisi PRoMete və Elgün Ataxanlıya aid olan trekdə PRoMetenin də əlavələri olub. Arajımanı isə Yaşar Baxış və Elgün Ataxanlıya həvalə edilib.
"Mahnının bu günlərdə dəyəri daha böyükdür. Ümid edirəm ki, bu payız belə mövzuların aktual olduğu son payız olacaq.
Daha şəhidlərimiz, torpaqlarımızda qan-qada olmayacaq və bu mahnı da bu qərinə ərzində yazılan bəstələrimiz kimi tariximizi andıracaq.Mahnını birlikdə ifa etməyimizə razı olduğu üçün dəyərli sənətkarımız Faiq Ağayevə qəlbdən təşəkkürlərimi göndərirəm.Adını "Anaya məktub" qoyduğumuz bəstə musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluya aid olan "Bəlkə də” mahnısının motivləri əsasında yazılıb" deyə, PRoMete bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...