Penelopa Kruzun "Oskar"ın təqdimat mərasiminə geyindiyi paltarı 680 saata hazırlayıblar - FOTO

Penelopa Kruzun Oskarın təqdimat mərasiminə geyindiyi paltarı 680 saata hazırlayıblar - FOTO
Foto
Şou-biznes 198

94-cü "Oskar" mükafatlarının təqdimetmə mərasiminə qatılan ispaniyalı aktrisa Penelopa Kruz geyimi ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, "Parallel mothers" filminə görə "Ən yaxşı aktrisa" nominasiyasında qalib olan aktrisa libası ilə xeyli marağa səbəb olub.

Kruzun uzun və qara rəngli geyimi "Chanel" brendinin "2020 Payız-Qış Haute Coute" kolleksiyasına aiddir. Sinə hissəsində bir çox bəzək və işləmələri olan geyimin hazırlanmasına 680 saat vaxt sərf edilib. Libasın üzərində əl işi olan 8 min naxış yer alıb.

Aktrisa bu geyimini "Chanel" brendinə aid qızıl aksessuarlar və ayaqqabı ilə tamamlayıb.

Son xəbərlər