Pelin Karahan "Ən Gözəl Göz" mükafatı aldı
Aktrisa Pelin Karahan qeyri-adi mükafatı ilə gündəm olub.
BAKU.WS xəbər verir ki, o 12-ci "Watsons Gözəllik və Şəxsi Baxım Mükafatları" mərasimində "Ən Gözəl Göz" nominasiyası üzrə mükafata layiq görülüb.
Bununla da Pelin Karahan həm tədbirin, həm də maqazin dünyasının ən çox müzakirə olunan simalarından birinə çevrilib.
Aktrisa saf və təbii gözəlliyi, xüsusilə artıq onun simvoluna çevrilmiş mavi gözləri ilə bu kateqoriyanın ən güclü namizədlərindən biri hesab olunub.
Tədbirə qatıldığı iddialı və zərif geyimi ilə də sosial şəbəkələrdə geniş rezonans doğuran aktrisa, stil seçimi ilə moda tənqidçilərinin də müsbət rəylərini qazanıb.
Mərasimdə yalnız Pelin Karahan deyil, musiqi, kino və sosial media dünyasının bir çox tanınmış simaları da müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Oxşar xəbərlər
Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi
Türkiyə Daxili İşlər Nazirliyi xaricdə gizlənən cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirib. Son 1 ay ərzində ümumilikdə 63 cinayətkar tutularaq Türki...