Övladları ilə qəza keçirən aktrisa: "Təhlükəsizlik kəmərləri sayəsində sağ qaldıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Özgü Namal ötən gün keçirdiyi avtomobil qəzasından danışıb.
BAKU.WS xəbər verir ki, qəzadan sonra növbəti gün "Brand Week" çərçivəsində keçirilən tədbirə qatılan aktrisa təhlükəsizlik kəmərləri sayəsində sağ qaldığını etiraf edib.
O qəza keçirən zaman övladları da yanında olub.
Xatırladaq ki, məktəblərdə tətil olduğuna görə övladları ilə rayona gedən aktrisa qayıdanda qəza keçirib.
O rol aldığı "Kıskanmak" serialına gələrkən qəzaya düşüb. Həmin vaxt avtomobili sürücü idarə edib. Özgünün yolda hərəkətdə maşını qarşıdan gələn başqa avtomobillə toqquşub. Aktrisa qəzadan yüngül xəsarətlərlə qurtula bilib.
Oxşar xəbərlər
Xalq artisti ilə quda olan Əməkdar artist: "Qızıma deyirəm ki, döz..."
"Qadın dözümlü olmalıdır. Qadından çox şey asılıdır: ailəni saxlamaq, uşaqları tərbiyə etmək. Qadın heç də kişidən əskik çalışmır. Amma qadının işi daha çoxdur....