"Otursun evdə, uşaqlarına baxsın" deyən Xatuna - Elnarədən SİLLƏ kimi cavab (VİDEO)

Otursun evdə, uşaqlarına baxsın deyən Xatuna - Elnarədən SİLLƏ kimi cavab (VİDEO)
Video
Şou-biznes 4606
Bir müddət əvvəl müğənni Xatun Əliyevanın "ATV maqazin onlarla" verilişində həmkarı Elnarə Xəlilovanın ünvanına səsləndirdiyi fikirləri cavabsız qalmayıb. BAKU.WS-in məlumatına görə, Elnarə "ATV maqazin onlarla"da Xatuna cavab verib. E. Xəlilova bunları deyib: "Kimsə məni görməmək arzusunda ola bilər. Arzusunda... İnşallah arzu olaraq da qalar. Uşaqlarımın adı hallananda mən buna qıcıq ola bilərəm. Mənim uşaqlarımın adını hallandırmasınlar". Elnarə Xatuna söz atdığını, qarğış etdiyini iddia edilən "Instagram" paylaşımından da söz açıb: "Ola bilir emosional durumum olur. Mən də bir insanam. Mən orada dua etmişəm. Kifayət qədər aydın görünür ki, dua edirəm. Kim nəyi hara yozub, özü bilər. Mənim niyyətim məlumdur. Özüm bilirəm, Allahım bilir. Ola bilsin ki, üst-üstə düşüb. Heç kəs özünə götürməsin. Heç kimə qarşı qırqınlığım, incikliyim yoxdur. Mən, ümumiyyətlə kin saxlayan adam deyiləm. O kinlə də yaşaya bilmirəm. O, mənə mane olur". BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər