"O ses Türkiye"nin qalibi 40 kq arıqlayıb tanınmaz hala düşdü (VİDEO)
"O ses Türkiye" musiqi yarışmasının üçüncü mövsümünün qalibi olan Hasan Doğru hər kəsi təəccübləndirib.
BAKU.WS məlumat verir ki, proqramın yeni buraxılışında qonaq olan ifaçı yeni görünüşüylə hər kəsin təəcübünə səbəb olub. O, 9 ay müddətində idman və pəhriz vasitəsi ilə 40 kiloqram arıqladığını deyib. İfaçı 115 kiloqramdan 75 kiloqrama düşüb.
Hasan Doğru yarışmada sevilən mahnılardan birini səsləndirib.
Qeyd edək ki, TV8 kanalında yayımlanan "O ses Türkiye" musiqi yarışmasında münsiflər kürsüsündə Ebru Gündeş, Hadise, Murad Boz və Hakan və Gökhan Özoğuz qardaşları əyləşib.
BAKU.WS
Oxşar xəbərlər
"O ses Türkiye" yarışmasına daha bir azərbaycanlı qatılıb (VİDEO)
TV8 kanalında yayımlanan "O ses Türkiye" musiqi yarışmasına daha bir azərbaycanlı qatılıb. BAKU.WS məlumat verir ki, Ruslan İqnatenko adlı iştirakçı səhnədə "T...