Nura Suridən etiraz: "Bu məsələni açmaq cinayətdir" - FOTO
Müğənni Nura Suri sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi feysbuk hesabında "Bizimləsən" proqramında baş verən problemə münasibət bildirib. Nura Suri övladını atan ananın illər keçdikdən sonra gəlib həmin uşağa anasıyam deməsinə qarşı çıxıb. Suri bu halı uşağa deməyin isə cinayət olduğunu bidlirib:
"Bizimləsən" verilişində neçə vaxtdır ki, bir mövzu uzana-uzana gedir. Bir qadın uşağı doğub, atıb başqa bir qadının üstünə. 19 il axtarmayıb. Həmin qadın da o uşağı öz uşağı kimi böyüdüb, uşaq da bilmir ki, atılıb. İndi verilişdə deyirlər ki, yox, uşaq bilməlidir, anasını tanımalıdır.
Ay insanlar, bu nə münasibətdir? Cinayətdir bu məsələni açmaq (Maddə 175-övladlığa götürmə sirrini yayma). İnsafsızlıqdır hətta. Belə hadisələri görüb heç kəs atılan uşaqları övladlığa götürməz, riskə getməz. Olmaz bu məsələni açmaq, uzatmaq.
Uşaq böyütmək asandır? Onu böyüdən qadının əziyyətinə hörmət qoyun. Olmaz belə. Uşaqlarını atan insanların 2-3 ildən sonra səhvlərini anlamasını başa düşmək olar. 19 ildən sonra isə başa düşüləsi heç nə yoxdur".
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...