Nüşabə "xəyanət videosu"ndan danışdı: "Hətta "Instagram" sizdən utanır" (VİDEO)
16
yan
2019
11:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gündən sosial şəbəkələrdə ərin arvadının xəyanətini çəkib paylaşdığı görüntülər müzakirə mövzusuna çevirilib. BAKU.WS-in məlumatına görə, baş verən hadisəyə ilk reaksiyanı Əməkdar artist Nüşabə Ələsgərli verib. N. Ələsgərli "Instagram" hesabında video açıqlama yayaraq görüntüləri yayan şəxsləri qınayıb: “Bəzi instaqram səhifələrinə müraciət edirəm, ayıbdır. Hətta İnstaqram sizdən utanır, paylaşdığınız videoları pozur. Pis şeylər paylaşmaqla nə əldə edirsiz? Uşaqlar, abırlı-həyalı insanlar görür, utanırlar. Bu kimə lazımdır? Harada cinayət, əxlaqsızlıq, heyvanlara zorakılıq var təbliğ edirsiz. Bəsdirin, əsəblərimizlə oynamayın”. N. Ələsgərlidən sonra Xalq artisti Naibə Allahverdiyeva, aparıcı Elgiz Əkbər və prodüser Tarix Əliyev (Tolik) də sözügedən hadisəyə münasibət bildiriblər. BAKU.WS
Oxşar xəbərlər
Ali məktəbdə dərs deyən müğənni və xanəndələr - SİYAHI
Yəqin ki, çoxunuz gündəlik efirlərdə gördüyünüz əməkdar və xalq artistlərinin pedaqoji fəaliyyətindən xəbərsizsiniz. BAKU.WS bu dəfə ali məktəblərdə dərs deyən...