Niyə qadınların qəbrini kişilərdən dərin qazırlar?
Yeniliklərdən dərhal xəbərdar olun
Şəriətimizdə qadınla kişinin qəbrinin dərinliyi arasında fərq nəzərdə tutulmayıb. Bu, şəriətə deyil, ürfə (adət-ənənəyə) əsaslanan bir məsələdir.
BAKU.WS islam.az-a istinadən bildirir ki, qadın kişidən fərqli olaraq naməhrəmlərin gözündən ciddi şəkildə qorunmalıdır. Qadının demək olar ki bütün bədəni, hətta bədən cizgiləri naməhrəmdən örtülməlidir. Zənnimizsə, qadının qəbrinin dərin qazılmasının əsas səbəblərindən biri dəfn zamanı qəbrin ətrafında olan kişilərin cənazəni görə bilmələrinə mane olmaqdır.
Qəbr dərin qazılanda dəfn və təlqin zamanı ətrafda duran adamların cənazəni görməsi çətinləşir. Həmçinin, hər hansı təbii hadisə (məsələn, zəlzələ və ya sel) baş versə, qəbrin dərinliyi onun uçulmasına və cənazənin üzə çıxmasına mane ola bilər.
BAKU.WS
Oxşar xəbərlər
Suya düşən maşınların şok xərci: 10 min manat (VİDEO)
Ötən gündən bəri təkcə Binəqədi şossesində yaranan dərin gölməçələrdə 109 ədəd maşın batıb. Düzdü həmin maşınlar dövlət idarələrinin əməkdaşları tərəfindən suda...