Nazilə Səfərlinin oğlu qəzaya düşüb - Hazırda XƏSTƏXANADADIR

22
may
2019
12:12
Tanınmış şairə Nazilə Səfərlinin oğlu Nurlan qəzaya düşüb.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şənbə günü Masazır yolunda baş verib. Nurlan “KİA” markalı avtomobili ilə idarəetməni itirərək başqa bir maşına çırpılıb. Qəza zamanı avtomobil yararsız hala düşüb, şairənin oğlu isə özəl xəstəxanalardan birinə yerləşdirilib. N.Səfərli azxeber.com-a açıqlama verən şairə hədisəni təsdiq edib: "Şükür ki, oğlum sağ-salamatdır. Ən böyük mükafatım da odur. Burnu belə qanamayıb, bu mənə bəsdir. Narahat olunası heç nə yoxdur, qəza hamının başına gələ bilər. Allah balalarımızı qorusun. Xoşbəxtəm ki, əlimlə verdiklərim qarşıma çıxır”.
Oxşar xəbərlər
Nazilə Səfərlinin toy görüntüləri -VİDEO
Şairə Nazilə Səfərlinin toy görüntüsü yayılıb. BAKU.WS xəbər verir ki, sözügedən kadrlar şairə xanıma həsr olunmuş "Şou ATV" proqramında yayımlanıb.Həmin vidoen...
