Naxçıvanda qız toyu olan aparıcının həyat yoldaşını sosial şəbəkələrdə ələ saldılar (FOTO)
Aparıcı Tural Ozanın Naxçıvanda qız toyu olub.
BAKU.WS xəbər verir ki, ifaçı "İnstagram” bloqunda toyundan şəkillərini izləyiciləri ilə bölüşüb.
Aparıcı bloqunda həmçinin status da paylaşıb. Toyu ilə bağlı yazılan bəzi şərhlərdən təəssüf hissi keçirdiyini deyib.
"Bu gün ölkə mediasında qız toyu xəbərim barəsində məlumatları elə xeyir işim getdiyi zaman oxudum və çox əsəbləşdim. Kopyüter arxasında şərh yazanlaradır sözüm, millətimizin içində nə qədər paxıl, cılız insanlar var... "Xoşbəxt olun” yazmaqdan, ay bunun gözü belə, ay bunun burnu belə, ay toy belə, oğlan belə, qız elə... Bu nə beyindir biz gəzirik?! Bu xəbərləri özümüz paylaşmırıq, nə də ki, yazdırmırıq. Media özü xoş və özəl günü xəbər edir. Məcburam ki, oğlan toyumu qapalı edim, heç bir foto paylaşılmasın”, deyə - aparıcı qeyd edib.
Məlumat üçün bildirək ki, oğlan toyu yanvarın 28-də Bakıda olacaq.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Tural Ozan evlənir
Aparıcı Tural Ozan evlənir. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, məlumatına görə, qız toyu yanvarın 14-də Naxçıvanda baş tutacaq. T.Ozan bildirib ki,...