"Naxçıvan TV"-nin nümayəndə heyəti Xəzər Media Mərkəzində - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Naxçıvan TV"- nin nümayəndə heyəti Xəzər Media Mərkəzində olub.
Nümayəndə heyəti Xəzər Media Mərkəzində yaradılan şərait, buradakı infastruktur və texniki imkanlarla tanış olublar.
Qonaqlara əvvəlcə "Xəzər TV"-nin studiyaları, texniki otaqları, buradakı ümumi şərait və qurulan dekorasiya sistemləri barədə məlumat verilib.
Həmkarlar televiziyanın texniki imkanları və avadanlıqlarla yaxından tanış olublar.
Daha sonra Xəzər Media Mərkəzində fəaliyyət göstərən radiolar və onların yayımı ilə tanışlıq olub.
Xəzər TV-nin studiyasında olan qonaqlara xəbər yayımı bəradə məlumat verilib.
Qonaqlar Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov ilə görüşüb. Görüşdə hər iki televiziya kanalının gələcəkdə əməkdaşlıq imkanları və qarşılıqlı səfərlərin təşkil olunması ilə bağlı məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...