Müşviq Şahverdiyev oğlunun ad gününü Dubayda qeyd etdi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aktyor Müşviq Şahverdiyevin oğlu Muradın 3 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, bu haqda Müşviq sosial şəbəkədə yazıb. Aktyor Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində övladının ad gününü qeyd edib.
Onun yanında həyat yoldaşı və yaxın dostları olub. Şahverdiyev ad günündən olan foto və görüntüləri instaqram izləyiciləri ilə bölüşüb.
Müşviq videoya bu sözləri də əlavə edib:
"Böyük oğlan olasan, oğlum. Mənim murikim. 3 yaşın mübarək. Rəbbim bütün balaları qorusun".
Qeyd edək ki, Müşviq Şahverdiyev 2017-ci ilin dekabrında ailə həyatı qurub.
Oxşar xəbərlər
Ərəb şeyxindən ayrılan azərbaycanlı idmançı ağlayaraq yardım istədi - VİDEO
Azərbaycanın tanınmış sabiq bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı çıxılmaz vəziyyətdə qalıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə...