Mübariz Tağıyev: "Yeni bir fikir yaranıb, bəlkə bir övlad yaratmaq lazımdır?" - VİDEO

26
sen
2019
15:48
"Yeni bir fikir yaranıb, bəlkə bir övlad yaratmaq lazımdır? Belə bir layihə ola bilər". Bu sözlər xalq artisti Mübariz Tağıyevə məxsusdur. BAKU.WS xəbər verir ki, 71 yaşlı müğənni "Elgizlə izlə" proqramında telefonla canlı bağlantıya qoşularaq üçüncü dəfə ata olması barədə yayılan yalan xəbərlərə əvvəlcə zarafatla yanaşıb.Daha sonra əslində nəvəsinin doğulduğunu deyib və dəqiqləşdirmədən xəbər yazanları qınayıb: "Mənim nəvəm dünyaya gəlib, oğlan nəvəm. Xəbərləri oxuyub pis vəziyyətə qaldım. A balam, bu nə biabırçılıqdır? Bilmədən belə xəbəri yaymaq olar?"Qeyd edək ki, xalq artisti Mübariz Tağıyev iki dəfə ailəli olub. Birinci evliliyindən iki qızı var. İkinci həyat yoldaşı rəqs müəlliməsidir.Aysel
Oxşar xəbərlər
71 yaşlı xalq artistimizin ata olması xəbəri yalan çıxdı - YENİLƏNİB
Xalq artisti Mübariz Tağıyevin üçüncü dəfə ata olması ilə bağlı yayılan xəbər yalan çıxıb.BAKU.WS redaktor.az-a istinadən xəbər verir ki, sənətçi nəvəsinin doğu...
