Əməkdar artistdən kişilərə: "Həmin günə qədər Azərbaycanda kişilər bayramı yoxdur"
24
fev
2017
10:04
Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə 23 fevral günü ilə bağlı kəskin açıqlama verib.
BAKU.WS-in məlumatına görə, aktrisa Fevralın 23-nü Azərbaycanda "Kişilər günü" kimi qeyd edənlərə sərt reaksiya verib. 23 Fevralın tarixi barədə yazan aktrisa bu bayramın bizə aid olmadığını bildirib.
"Azərbaycanda 23 Fevralı kişilər bayramı kimi qeyd edənlərə demək istəyirəm ki, Qarabağ və işğal altında olunan torpaqlarımız işğaldan azad edilən gün Azərbaycanda kişilər bayramı olacaq. Həmin günə qədər Azərbaycanda kişilər bayramı yoxdur! Unutmayın!"
BAKU.WS
Oxşar xəbərlər
Bayramla əlaqədar qeyri iş günləri açıqlandı
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar ölkədə 5 gün iş olmayacaq. 2016-ci ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü...