Əməkdar artist işdən azad edildi
15
sen
2017
18:31
Azərbaycan Milli Konservatoriyasında ixtisarlar başlayıb.BAKU.WS-in Ölkə.Az-a istinadla məlumatına görə, ötən gün keçirilən iclasda üç nəfər xanəndə-pedaqoq işdən azad edilib. Qeyd edilir ki, işdən azad olunan müəllimlər sırasında tanınmış xanəndə, Əməkdar artist Cabir Abdullayevin də adı var.Məlumata görə, ixtisara düşən bəzi müəllimlər qərara etiraz etsələr də, rektor Siyavuş Kərimi tələbələrin fikrini onlara çatdırıb: “Tələbələr sizdən razı deyillər. Bizə tələbələrdən xeyli sayda müraciət daxil olub. Onlar Mənsum İbrahimov və Təyyar Bayramovun sinfində təhsil almaq istəyirlər”.Qeyd edək ki, daha iyirmi müşayiətçi-müəllim işdən azad edilib.BAKU.WS
Oxşar xəbərlər
Bu aparıcıya AZTV-də vəzifə verildi — FOTO
AZTV-də kadr dəyişiklikləri davam edir.BAKU.WS "Ölkə.Az"a istinadla xəbər verir ki, Musiqi və Əyləncəli Proqramlar Redaksiyasının baş redaktoru Hikmət Şahbazov...