Miri Yusif Röya ilə deyil, İrəm Derici ilə duet oxuyacaq (VİDEO)
Türkiyənin sevilən müğənniləri Mustafa Ceceli və İrem Derici ARB TV-nin qonağı olublar.
BAKU.WS-in xəbərinə görə, ARB TV-nin "Türk şou-maqazin” verilişinin qonağı olan İrem Derici və Mustafa Ceceli maraqlı açıqlamalar veriblər.
İrəm Derici sevgililər gününü Bakıda keçirtməli olsa da, baş tutmayıb:
"Ehtimal var idi ki, Bakıya gəlim. Amma alınmadı. Bakıya 2-3 dəfə gəlmişəm. Azərbaycan xalqını çox sevirəm. Bakının memarlıq abidələri, tarixi yerləri diqqətimi çox çəkir. Alov qüllələrinə isə söz yox. Orada da küçədə gəzərkən vətənimdə necə diqqət görürəmsə, eynisini edirlər. Çox darıxıram Bakı üçün".
Mustafa Ceceli də tez-tez Bakıya gəlməsindən və xalq artisti Aygün Kazımova ilə yarımçıq qalmış layihəsindən söz açıb:
"Aygünün mahnısını tamamlamağı çox istəyirik. Heç cür bir araya gələ bilmədik. Layihələrimiz üst-üstə düşmədi. Zaman-zaman Bakıya gəlirəm. Orada çox dostlarım var. Bakıya ən son toy üçün gəlmişdim. İremin albomunda Miri Yusiflə duetləri olacaq. Onun Röya ilə oxuduğu "Bir dənədir" mahnısını İremlə oxuyacaq və Röyanı İrem əvəz edəcək. Yaza doğru çəkilişlər başlayacaq".
Mustafa Ceceli daha sonra yeni planlardan bəhs edib: ""Zincirimi kırdı aşk" adlı mahnımıza klip çəkəcəyik. Prodüserim dedi ki, bu mahnı "youtube"də çox dinlənilib, buna klip çəkək, klipi də Yaponiyada çəkək. Bilmirəm zarafat edirdi ya yox. Bir gün "İnstagram"dan yer bildirimi olaraq Yaponiyanı göstərsəm, şoka düşməyin".
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Türk starlar Bakıda Yeni İl gecəsi üçün nə qədər pul alacaq?
Məşhur türkiyəli müğənnilərin Yeni il gecəsi Bakıdakı çıxışları üçün alacaqları qonorar bəlli olub. İstiPress-in məlumatına görə, Yeni il gecəsi səhnəyə çıxacaq...