Milyarderin nəvəsinin toyunda dünyaşöhrətli məşhurlar: Bülbüloğlu da ordadır - VİDEO FOTO
Bəstəkar-müğənni Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu rusliyalı mülyarder Valeri Koqanın 19 yaşlı nəvəsi İrina Koqanın Londondan baş tutan dəb-dəbəli toy mərasimində iştirak edib.
BAKU.WS xəbər verir ki, toy mərasimində Polad Bülbüloğlu ilə bərabər bir çox dünya şöhrətli ulduzlar- Elton Con, Meray Kerri, Rusiya şou-biznesi nümayəndələrindən- Filipp Kirkorov, Aleksandr Serov, Stas Mixaylov, İqor Nikolayev, Lev Leşenko, opera müğənnisi Anna Netrebko da toy mərasiminə dəvət olunub. Onlar Londona milyarderin ailəsinə məsus xüsusi təyyarə ilə gətiriliblər.
Rusiyanın Domodedova hava Limanının sahibi Valeri Koqanın 19 yaşlı nəvəsi ingilis əsilli yəhudi Daniel Kenvey ilə ailə həyatı qurub. Cütlük Londonda tanış olub.
Xatırladaq ki, iki il əvvəl Valeri Koqan "Ferbes"ın tərtib etdiyi 200 rusiyalı milyarder siyahısında 2.5 milyard dollar sərvətlə 41-ci yeri tutub.
Toy mərasimindən olan görüntüləri sizə təqdim edirik:
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Polad Bülbüloğlu ailəsi ilə Tbilisidə (FOTO)
Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu həyat yoldaşı Gülnarə xanımla atası, xanəndə Bülbülün Tbilisidəki büstünü ziyarət edib. BAKU.WS x...