Milli Kitabxana koronavirusa görə bağlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Kitabxanası koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 11-dən etibarən müvəqqəti dayandırıb.
Bu barədə BAKU.WS-ə Milli Kitabxanadan məlumat verilib:
"Lakin buna baxmayaraq Siz Milli Kitabxananın onlayn xidmətlərindən http://anl.az/new/az/attention/39 (Metodiki xidmət, Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması) istifadə edə bilərsiniz.
Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışır. Xahiş edirik, Sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Dəyərli oxucularımız Sizin onlayn müraciətlərinizi gözləyirik. Yetər ki, bizə yazın!
Respublikada fəaliyyət göstərən digər kitabxanalar da istifadəçilərin sorğularını ödəmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə müraciət edə bilərlər".
Oxşar xəbərlər
Aylıq ulduz falı - iyun, 2018-ci il
BAKU.WS az.astroloq.com-a istinadən iyun ayının ulduz falını təqdim edir:Qoç - Qoç bürcünün evlilik evində yerləşən və iki ay yarım geri getdikdən sonra doğru d...