Məşhur model qızını istismar edir (VİDEO)
Model Sindi Kroufordun 14 yaşlı qızı Kayya Qerber "Miu Miu" brendinin siması olub.
BAKU.WS Rusiya mətbuatına istinadən məlumat verir ki, gənc qız brendin "Scenique" gözlüklərinin reklam çarxında rol alıb. Kayyanın reklam çarxındakı obrazı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
İnternet istifadəçiləri onun geyiminin və obrazının yaşına uyğun olmadığını bildiriblər. Buna görə Sindi Kroufordun ünvanına sərt tənqidi sözlər yazıblar. Sosial şəbəkə istifadəçiləri modeli qızını istismar etməkdə ittiham ediblər.
Qeyd edək ki, bu Kayyanın model kimi ilk işi deyil. O bu ilin fevral ayında "Chrome Heart" brendinin siması olmuşdu. Bundan əlavə, Kayya "Vogue Italia", "CR Fashion Book" və "Teen Vogue" kimi məşhur jurnalların siması seçilib.
BAKU.WS
Oxşar xəbərlər
"Sədr mənə arxadan yaxınlaşdı.." deyib internet fenomeni olan qız xəstəxanalıq oldu (VİDEO)
Facebook sosial şəbəkəsində "Formula 1" yarışlarında iştirak edən könüllü gənclərin "My Way" adı altında videoçarxları yayılıb. BAKU.WS məlumat verir ki, vide...