Məhərrəm ayında konsert verən Xatirədən alqışa layiq addım - FOTOLAR
19
sen
2018
10:23
Sentyabrın 18-də Yaşıl Teatrda müğənni Xatirə İslamın solo konserti baş tutub. BAKU.WS xəbər verir ki, konsert "Ulu torpaq" kompoziyası ilə başlayıb. Daha sonra aparıcı Saleh Bağırov müğənnini səhnəyə dəvət edib. X. İslam konsertini son zamanlar populyarlaşan "Viranə" mahnısı ilə açıb. Konsertin davamında müğənni repertuarındakı mahnıları səsləndirməklə yanaşı həm bəstəkar, həm də türk mahnıları ifa edib. Səhnədə dərin yarıqlı dekoltesi və qısa ətəyi ilə diqqət çəkən müğənni bir-birindən gözəl ifaları ilə tamaşaçılarına xoş anlar bəxş edib. Gecədə Xatirənin həyat yoldaşı, oğlu, qohumları və sənət dostları iştirak edib. Konsertin məhz 18 sentyabrda keçirilməsinin səbəbini isə müğənni sonda açıqlayıb. X. İslam deyib ki, satılan biletlərdən əldə etdiyi gəlirlə 18 sentyabrda anadan olan şəhidimiz Müşfiq Orucovun xatirəsini əbədiləşdirmək üçün onun adına bulaq tikdirəcək. Hüseyn MəmmədsalahovBAKU.WSFotolar müəllifindir
Oxşar xəbərlər
Xalq artistinin bacısı oğlu erməni mahnısı oxumasından danışdı - FOTOLAR
Müğənni Cəmil Dadaşov "Xəzər TV"-də yayımlanan "5-də 5" verilişinin qonağı olub. BAKU.WS xəbər verir ki, aparıcı Zaur Kamal son zamanlar sosial şəbəkələrdə müğə...