Dihaj Elnur Hüseynovla "Yaşıl Teatr"da möhtəşəm konsert verəcək (VİDEO)
14 iyul, saat 21:00-da elektron musiqi kollektivi Dihaj «The End Of Sunrise» adlı solo konsert proqramı ilə Yaşıl Teatrda çıxış edəcək.
BAKU.WS-in Konsertın xüsusi qonaqları - Azərbaycanın əməkdar artisti, Beynəlxalq caz festivalının qalibi, fenomenal musiqiçi İsfar Sarabski və ölkəmizin «Eurovision»-da ilk nümayəndəsi, "O Ses Türkiye"-nin qalibi, fantastik səsə malik müğənni Elnur Hüseynov.
Solo konsertə həsr olunmuş yeni promo-rolik işıq üzü görüb. Promo-rolik Dihaj qrupunun, İsfar Sarabskinin və Elnur Hüseynovun iştirakı ilə çəkilib.
Bu möhtəşəm musiqi gecəsində Dihaj qrupunun "TEOS" adlı debüt albomunun təqdimatı keçiriləcək. Həmçinin konsert proqramında Dihaj ilə İsfar Sarabskinin və Elnur Hüseynovun birgə mahnıları səslənəcək. Bundan başqa Dihaj sevənlərinə əvvəllər heç bir yerdə səslənməyən yeni musiqilərini təqdim edəcək.
"Dihaj" musiqiçiləri xüsusi sehrli mühit yaratmağı bacarırlar və iyulun 14-də öz tamaşaçılarına kosmik musiqi, "canlı səs" və maraqlı sürprizlər bəxş edəcəklər. Bu konsert heç kimi biganə qoymayacaq.
Xatırladaq ki, Dihaj Azərbaycanı «Eurovision-2017» beynəlxalq mahnı müsabiqəsində «Skeletons» mahnısı ilə təmsil etdi.
Biletləri şəhərin kassalarından və online iticket.az saytında əldə etmək olar.
BAKU.WS
Oxşar xəbərlər
"Eurovision-2017"nin qalibi məlum oldu, Azərbaycan isə 120 bal topladı (VİDEO)
Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi müəyyənləşib. "Report" xəbər verir ki, sayca 62-ci olan müsabiqənin qalibi 7...