M.F.Axundov adına Kitabxanada daha bir şəhid anılıb - FOTO

İyunun 8-də M.F.Axundov adına Kitabxanada Vətən Müharibəsi şəhidi leytenant Teymur Abbasovun xatirəsinə həsr olunmuş “Cənab leytenant” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycan himni səslənib.
Tədbirdə millət vəkilləri akademik Nizami Cəfərov, Elnur Allahverdiyev, Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov, həmçinin professor Asif Rüstəmli, fəlsəfə doktoru Mail Yaqub çıxış edərək şəhidlərimizin qəhrəmanlığından bəhs edən dəyərli fikirlərini söyləyiblər.
Şəhid Teymur Abbasovun ailə üzvləri anası Başxanım Abbasova, qardaşı Tural Abbaslı və xanımı Sonaxanım Abbaslı çıxış edərək Teymur Abbasov haqqında xatirələrini danışdılar və tədbirdə iştirak edənlərə dərin təşəkkürlərini bildirdilər.
Tədbirin bədii hissəsində şəhidin sağlığında çəkilən video və fotolarından ibarət maraqlı videoroliklər və kompozisiyalar nümayiş olundu, qiraətçilərin ifasında vətənpərvər şeirlər səslənib.
Qalereya
Oxşar xəbərlər
“Cəsur ürək”: Vətən müharibəsi şəhidi haqqında film təqdim edildi - FOTOLAR/VİDEO
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə 44 g...
