Meyxanaçı Kərim həmkarı Ağamirzədən küsüb canlı efiri tərk etdi – VİDEO

29
noy
2018
13:45
Ötən gün Xəzər TV-də yayımlanan 5/5 verilişində qonaq olan meyxanaçı Kərim efiri yarımçıq tərk edib.
BAKU.WS xəbər verir ki, buna tanınmış meyxanaçının həmkarı Ağamirzədən küsməsə səbəb olub.
O, həmkarları ilə birgə meyxana demək istəyib. Lakin yaxın dostu Ağamirzənin ona meyxana deməyə icazə verməyib.
Ağamirzə səhhətində problem olan dostunun narahat olmaması üçün bu addımı atıb. Bir müddət sonra isə meyxanaçı Kərim efiri tərk edib.
Verilişin aparıcısı Zaur isə efirdən kənar baş verənləri tamaşaçılardan gizlətməyib:
“Ağa Kərim verilişi biraz tez tərk etdi. Biz onu bir balaca incitdik, qəlbinə dəydik. Meyxana demək istəyirdi, Ağamirzə onu qoymadı. Dedi hələ vaxtı var. İstədi dura ayağa, oğlu dedi “ata otur”. Canlı efirdi, birdən nəsə olar. Gərək incitməyəydik, bir ağız deyəydi”, - deyə Zaur bildirib. Həmin görüntüləri sizə təqdim edirik:Ziya SƏCCAD BAKU.WSOxşar xəbərlər
İnsult keçirən Kərimin ürək sızladan görüntüləri - Daha meyxana deyə bilmir - VİDEO
Meyxanaçı Pərviz Bülbülə "5/5"in çəkiliş heyəti ilə uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaq düşən meyxanaçı Ağakərimə baş çəkib. BAKU.W...
