Mətanət İsgəndərli göz yaşı tökdü: "Bu ayrılıqlar məni öldürəcək"- VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərdən danışıb.
BAKU.WS xəbər verir ki, "Həmin Zaur" proqramına qonaq olan sənətçi Türkiyədə yaşayan övladı üçün çox darıxdığını deyib. Veriliş zamanı Ülkərin görüntülərini görən İsgəndərli göz yaşlarını saxlaya bilməyib:
"Ülkər üçün darıxıram. Hər dəfə sevinə-sevinə yanına gedirəm, qayıdanda deyirəm ki, bu ayrılıqlar məni öldürəcək. Görüntülü danışıram, amma bir də var ki, onu hiss edəsən, öpəsən, qucaqlayasan. Bir də görürsən ki, Ülkərə bənzəyən bir qız görürəm, ürəyim əsməyə başlayır. Sonuncu dəfə yayda yanına getmişdim. Beş ay əvvəl Tuana adlı qızı dünyaya gəlib".
Qeyd edək ki, Ülkər Türkiyə vətəndaşı ilə ailəlidir və orada yaşayır.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...