Məşhur reper həyat yoldaşına 100 milyon dollar verəcək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur reper Dr. Dre-nin həyat yoldaşı Nikol Yanq boşananda 100 milyon dollar alacaq.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu, ifaçının sahib olduqlarının hələ 1/8 hissəsidir. Nikol onun 820 milyonluq var-dövlətinin yarısına sahib olmaq niyyətindədir.
100 milyonun isə Nikol 50 milyonunu bu aralarda, qalan 50 milyonu isə 1 il sonra ala biləcək. Eyni zamanda qızılları və bank hesabları, 10 avtomobildən 4-ü də Yanqa qalacaq.
Dr. Dre isə sahib olduğu ən dəyərli şey olan musiqilərinin müəllif haqlarını və Apple-də olan səhmlərini özündə saxlaya bilib. Eyni zamanda 56 yaşlı reper Malibudakı bir, Los-Ancelesdəki 4 ev və elit məkanda yerləşən iki obyekti özündə saxlayıb.
Qeyd edək ki, boşanmaya səbəb xəyanət olub. Nikol məhkəməyə müraciət edərək ərinin 3 sevgilisinin olduğunu bildirib. O, hər ay üçün reperdən 2 milyon dollar tələb edib. O, 900 min dolları əyləncəsi, 135 min dolları isə geyimləri üçün istədiyini açıqlayıb.
Qalereya
Oxşar xəbərlər
Məşhur bəylərimiz xanımları ilə - TOP 25 (FOTOLAR)
Məşhurların özləri qədər onların ailələri də bir çoxlarına maraqlıdır. Xanımları ilə görüntülənməyi çox sevməyən məşhur bəylər zaman-zaman onlarla bərabər kamer...