Mərhum Xalq artistinin bəylik kostyumu teatrın geyim bazasından verilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Ömür boyu ailədə, sevgidə bəxti gətirmədi. 1958-ci ildə "Quba Dram Teatrı"nda çalışırdı. Orada Ofeliya xanımla tanış olur.
BAKU.WS xəbər verir ki, bu sözləri aktrisa Fidan Axundova mərhum Xalq artisti Səyavuş Aslan haqında deyib.
O, aparıcısı olduğu "O üz" proqramında aktyorun evlənən zaman bəylik kostyumu olmadığını, həmin geyimi teatrdan aldığını bildirib:
"Ofeliya xanımın ailəsi onların evliliyinə mane olur. Bundan sonra gənclər Bakı şəhərinə qaçırlar. Səyavuş Aslanın bəylik kostyumu olmur. Teatr geyim sexindən ona bəylik kostyumu verir".
Xatırladaq ki, Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. Mərhum sənətkar II Fəxri xiyabanda dəfn olunub.
Oxşar xəbərlər
Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyidir
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. BAKU.WS xəbər verir ki, dövlət başçısının 60 ya...