Mələkxanım Eyyubovanın rəssam qızının əsərləri Londonda nümayiş olundu - FOTO/VİDEO

Böyük Britaniyada Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə azərbaycanlı gənc rəssamların əsərlərindən ibarət sərgi keçirilib.
BAKU.WS xəbər verir ki, müxtəlif janrlı incəsənət nümunələrinin nümayiş olunduğu ekspozisiyada Xalq artisti Mələkxanım Eyyubovanın rəssam qızı Nəzrin Nəcəfovanın çəkdiyi rəsmlər də yer alıb.
Bu haqda Nəzrin özü məlumat verib. Yunus Əmrə İnstitutuna təşəkkürünü bildirən rəssam sərgidən olan fotolarını instaqram izləyiciləri ilə bölüşüb.
Londonda keçirilən sərgi zamanı Nəzrinə sertifikat da təqdim edilib. O, əsərlərindən birində Şuşa qalası yer alıb. Nəzrin incəsənət nümunəsini yağlı boya ilə kətan üzərinə işləyib. O, 50x70 ölçülü əsərini 2020-ci ildə ərsəyə gətirib.
Qeyd edək ki, Nəzrin Nəcəfova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Hazırda o, modelyer və dizayner kimi çalışır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - FOTO - SİYAHI
Yerli şou-biznes nümayəndələrinin özləri qədər övladları da hər kəsə maraqlıdır. Onların arasında məşhur olanları da var. Tanınmışların övladları müxtəlif sənət...
