Mehman Əhmədlidən sərt sözlər: “Ağzına gələni oxuyanı milyonlar izləyir” -VİDEO
30
okt
2019
12:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin "Show News" verilişinin növbəti qonağı meyxana ustadı Mehman Əhmədli olub.Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, həmkarlarına öz iradlarını bildirib:"Əgər mənim əlavə bir bacarığım varsa, bu çox yaxşı bir şeydir. Amma oxuyanda adını meyxana qoymasın. Oxusun, desin ki, mahnı oxuyuram. Mahnıdırsa, mahnıdır. Adını musiqili meyxana qoymaq olmaz.Musiqili meyxananın meyxana çərçivəsi var. O çərçivədən çıxdınsa, meyxana sayılmır. Tullana-tullana meyxana deyəndə kütlə onu sevəcək. Sən niyə oynayırsan ki, kütlə də bunu istəsin. Kütləni dəyişdirən sənətçidir.Sənətə zərbə vurmaq olmaz. Sənətin evini yıxan sosial şəbəkələrdir. Ömür boyu sənətdə olmayıb, bir dənə ağzına gələn bir şeyi deyib, milyonlarla insan baxıb".
Oxşar xəbərlər
Kəramətdən meyxanaya qulaq asanları qıcıqlandıran sözlər – VİDEO
ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişinin növbəti qonağı yazar Kəramət Böyükçöl olub.Meyxana ilə bağlı tənqidi fikirlərinə aydınlıq gətirən Kəram...