“McDonald's”da işləyən 18 yaşlı oğlan “Bentley” alıb

“McDonald's”da işləyən 18 yaşlı oğlan “Bentley” alıb
Şou-biznes 3853

 

Hazırda xarici mətbuat ondan yazır. Söhbət İngiltərədə yaşayan 18 yaşlı Robert Mofyundan gedir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Robert 16 yaşından birja bazarında fəaliyyətə başlayıb. O, paralel olaraq həm də "McDonald's”da işləyib.

Robert iki ildən sonra anasına 170 min dollar dəyərində qızılı rəngli "Bentley” və ev alıb. Xarici mətbuat yazır ki o, ticarətin əsaslarını biləndən sonra Sauthemptondakı evini satışa çıxarıb.

Ev alqı-satqısı ilə məşğul olan treyder deyir ki, eyni vaxtda maliyyə şirkətində, "McDonald's”da və ev alqı-satqısı ilə məşğul olmaq onun üçün çətin olub:

"Mən böyük məbləğdə pul qazanandan sonra anama avtomobil aldım. Çünki onun ictimai nəqliyyatda, avtobusda gedib-gəlməsini istəmirdim. Daha sonra ona rahat və geniş, işıqlı ev hədiyyə etmək qərarına gəldim və bunu etdim”.

Gənc milyonerin anası Syuzan oğlu ilə fəxr etdiyini deyib. Əlavə edib ki, özü olsa heç vaxt belə gözəgirən avtomobil almazdı.

Qeyd edək ki, Robert 18 yaşı tamam olan kimi özünə hesab açıb. O, indi öz hesabındakı məbləği artırmaq istiqamətində çalışır. Bunun üçün İngilətərədə ev və kafelərə, həmçinin öz vətənində Cənubi Afrikada yatırım edir.

Aysel

BAKU.WS

Son xəbərlər