McDonald’s Azərbaycan müştərilərinə hədiyyələr payladı (FOTO)

McDonald’s Azərbaycan müştərilərinə hədiyyələr payladı (FOTO)
Şou-biznes 788
McDonald’s Azərbaycan tərəfindən təşkil olunan FİFA 2018 Dünya Kuboku ilə əlaqədar “McDonald’s ilə qaçılmaz qələbə” məğlubiyyətsiz lotereya uğurla keçirildi.“McDonald’s ilə qaçılmaz qələbə” lotereyanın mexanizmı çox sadə idi: 1 İyun- 15 İyul tarixlərində istənilən McDonald’s restoranında böyük Big Mac menyu sifarişini edən hər bir müştəri uduşlu kupon əldə etmşdir.
Kuponun üzərində olan qoruyucu səthi silən müştəri, hər bir lotereya kuponu uduşlu olduğu üçün, avtomatik qalib olurdu!Qoruyucu səthin altında McDonald’s, AZAL (Azərbaycan Hava Yolları), Azercell, Coca-Cola, Socar Petroleum, CimenaPlus və GoSport mağazalarından minlərlə uduşlar öz sahiblərini gözləyirdi.
Həmin mükafatlarla yanaşı, FIFA 2018 Dünya Kubokunun yarımfinal və final oyunlarına da vəsiqələr verilirdi.Lotereyanın əsas uduşu olan Hyundai Accent markalı avtomobil də McDonald’s restoranın müştərisi tərəfindən qazanıldı. FIFA 2018 Dünya Kubokuna vəsiqələr qazanan qaliblər sevdiyi komandanın oyununu canlı olaraq izləməyə imkan qazandılar. Beləliklə, qalib gələn futbol həvəskarları öz arzularını yerinə yetirib, dünyanın ən böyük futbol həyəcanını yaşadılar. Əsas mükafata gəldikdə, avtomobilin açarları uduşlu kuponu qazanan şanslı müştəriyə verildi.Tam əminliklə qeyd etmək olar ki, “McDonald’s ilə qaçılmaz qələbə” lotereyası müştərilər tərəfindən müsbət qiymətləndirilmişdir. Onlar McDonald’s restoranlarını ziyarət etməklə yanaşı, müxtəlif mükafatlar əldə etmək üçün lotereyaya həvəslə qoşuldular. McDonald’s Azərbaycan gələcəkdə də uduşlu kampaniyalar və aksiyalar keçirməyə davam edəcək və öz müştərilərini daima sevindirəcək.

Son xəbərlər