Maral Tahirqızı Fədayə Laçına məsləhət verdi
01
noy
2017
19:18
Bu yaxınlarda azadlığa çıxan müğənni Maral Tahirqızı həmkarı Fədayə Laçın həbs olunmasına münasibət bildirib.BAKU.WS xəbər verir ki, qaynarinfo-ya açıqlama verən Maral Tahirqızı ona həbsxanada qayda-qanunlara əməl etməyi məsləhət görüb:"Heç kimə o həyatı arzulamaram. O çox məsuliyyətli bir işi öhdəsinə götürüb. Azərbaycanda hər adam bu işi görə bilməz. Belə bir şeyi ancaq kinolarda görmüşük. Eşitmişəm ki, ağır vəziyyətdə yaşayan bir qadın olub. Yəqin dolanışığı, yaşayışı üçün həmin adamın arxasınca gedib. Bildiyim qədərilə hələ ona iş kəsilməyib. Əgər həbs olunsa, orada gərək rejimlərə ciddi riayət etsin, qaydaları pozmasın ki, cəza müddətini artırmasınlar".Həbsxanada yüksək insani keyfiyyətlərə malik qadınların da olduğunu deyən müğənni həmkarına həmin insanların əhatəsində olmağı tövsiyyə edib:"Həbsdə yüksək insani keyfiyyətlərə malik qadınlar da var. Orada olanda bəziləri ilə söhbət edən zaman həsəd aparırdım ki, nə gözəl xanımdı, necə mədəni insandı. Mən həmişə elə insanların içərisində oturmuşam. Sözün düzü siqaret çəkən, narkomaniyaya qurşanan adamların arasına getmirdim. Çünki onlar əsəbi olurlar. Nə deyə bilərəm? Allah qapısını açsın. Heç bir Azərbaycan qadınına türmə həyatı arzulamaram. Həbsxana həyatı çox ağır həyatdı".BAKU.WS
Oxşar xəbərlər
Həbsdən azad olunan müğənni başına gələnləri danışdı + VİDEO
Xəbər verdiyimiz kimi, ötən həftə həbsdən azad olunan müğənni Maral Tahirqızı bu gün “Qafqazinfo”nun redaksiyasında olub. İfaçı həbsdəki günlərindən və gələcək...