Lüt qızların videosunu yayan məşhur o hadisədən sonra ilk dəfə efirdə - VİDEO

Lüt qızların videosunu yayan məşhur o hadisədən sonra ilk dəfə efirdə - VİDEO
Video
Şou-biznes 4255
Müğənni Ramal İsrafilovun üç qızın lüt videosunu yaymaqda təqsirli bilinən qardaşı Valeh İsrafilov uzun müddətdən sonra ilk dəfə efirə çıxıb.BAKU.WS xəbər verir ki, o, qardaşları və atası ilə birlikdə "Zaurla Günaydın" proqramının qonağı olub.Valeh baş verənlərdə vözünü qismən günahkar hesab edib və məsələyə belə münasibət bildirib:"Hər kəsin qüsuru, səhvi olur. Amma biz el içində olduğumuzdan haqqımızda hər kiçik hadisə olanda tez işıqlandırırlar".Veriliş zamanı qardaşı uşaqları ilə küsülü olan Xalq artisti Mələkxanım Əyyubova da zəng edərək doğmaları ilə küsülü olmadığını nümayiş etdirib."Bizim nəslimiz gözəl olub hər zaman. Uşaqlar gəncdir, mən də onlara nəzarəti əsirgəməmişəm. Onlar el içindədir, hər şeyə məsuliyyətli yanaşmalıyıq. Hər ailədə söz-söhbət olur. Allah şeytana lənət eləsin, pis insanların şərindən qorusun. Çox səbirsiz oldum, heç nəyi aydınlaşdırmadım. Səs-küyə getdim, heç nəyi dəqiqləşdirmədim. Onlar mənim balalarımdır. Qınaq etməyə nə var ki... Hər kəs dönüb özünə də baxsın. Bu gün Zaur hər şeyə son qoydu. Onlar bir daha belə səhvlər etməyəcəklər. Məsuliyyətli olmaq lazımdır. Onlar mənim qardaşımın balalarıdır. Amma müğənnidirlər, xalqın adından çıxıb oxuyurlar. Ona görə də diqqətli olmalıdırlar".Qeyd edək ki, martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Üç qızın lüt rəqs edərkən çəkilən videosunu yayanlar arasında Valeh İsrafilov da yer alıb.Zülfiyyə Qurbanova

Son xəbərlər