Lüks su trendi - Bir şüşəsi 300 dollara satılır - FOTO

Lüks su trendi - Bir şüşəsi 300 dollara satılır - FOTO
Şou-biznes 4

Lüks su varlılar arasında yeni tendensiyadır...

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qiymətləri şüşə başına 300 dollara qədər çıxan lüks sular həm böyük maraq doğurub, həm də tənqidlərə səbəb olub.

Lüks su trendi - Bir şüşəsi 300 dollara satılır - FOTO

Vulkanik süxurlar, əriyən buzlaqlar, dumandan toplanan damcılar və buludlardan toplanan dəbdəbəli sular torpaqla daha az təmasda olduqları və tamamilə işlənməmiş şüşələrə qablaşdırıldıqları üçün mineral və dad baxımından fərqli xüsusiyyətlərə malikdir.

Lüks suları əldə etməyin yolları şərab istehsalında olduğu kimi hekayələşdirilir və marketinq vasitəsinə çevrilir.

Lüks su trendi - Bir şüşəsi 300 dollara satılır - FOTO

Məlumata görə, dəbdəbəli restoranlarla yanaşı dini səbəblərdən spirtli içki qəbul etməyən insanların məclislərində də lüks sudan istifadə də artıb.

Mütəxəssislər deyirlər ki, gənc nəslin sağlam həyat tərzinə doğru getməsi, spirtli və qazlı içkilərdən uzaqlaşması bu tələbatı artırır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər