"Lukoyl"un 55 yaşlı meneceri 37 yaş özündən kiçik model sevgilisi ilə evlənib (FOTO)
"Lukoyl” şirkətinin Sinqapurdakı filialının 55 yaşlı meneceri Valentin İvanov 18 yaşlı model Liza Adamenko ilə evlənib.
BAKU.WS Rusiya KİV-nə istinadən məlumat verir ki, cütlüyün toy mərasimi Fransada "Chateau Saint Jeannet” otelində baş tutub. Toyda cütlüyün yaxınları və dostları iştirak edib. Mərasimi musiqiçilərdən Riya Dakota və Vlad Sakolovski idarə edib.
Qeyd edək ki, Valentin İvanov Liza Adamenko ilə artıq 5 ildir sevgilidir. Onlar Lizanın 13 yaşı olanda tanış olublar. Valentinin 37 yaş özündən gənc qızla sevgili olması insanlar tərəfindən birmənalı qarşılanmayıb. Rusiya mediyası cütlüklə bağlı xəbərlərdə Valentin İvanovu pedofil kimi təqdim edir.
BAKU.WS
Oxşar xəbərlər
Millimizin futbolçusu zorladığı iddia olunan modellə yenidən görüşüb
Almaniyalı model Qina Liza-Lohfinki zorlamaqda günahlandırılan Azərbaycan millisinin hücumçusu Pərdis-Fərcad Azadın məsələsində yeni məlumat yayılıb. BAKU.WS "...