İlon Maskın oğlu rəsmi olaraq cinsiyyətini dəyişib - FOTO

Bir müddət əvvəl dünya mətbuatında "Tesla" və "SpaceX" şirkətlərinin sahibi, milyarder İlon Maskın oğlu Ksavyer Maskın cinsini dəyişdirəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
BAKU.WS xəbər verir ki, artıq Los-Anceles Dairə Məhkəməsi İlonun övladının cinsiyyətini və adının dəyişdirməsi ilə bağlı olan ərizəsini təsdiqləyib.
Bundan sonra Ksavyer Vivian Cenna Uilson adlı qız olacaq.
Qeyd edək ki, Ksavyer Mask 18 yaşındadır. O, cinsini dəyişdirməsi səbəbini izah edərkən bildirib ki, bioloji atası ilə birlikdə yaşamır, həmçinin onunla hər hansı formada qohum olmaq istəmir.
Xatırladaq ki, Ksavyer Aleksandr Mask və əkiz qardaşı Qriffin İlonun keçmiş arvadı Castin Uilsonun övladlarıdır.
2008-ci ildə boşanan cütlüyün ümumilikdə beş övladı var.
Qalereya
Oxşar xəbərlər
İlon Maskın 74 yaşlı anasının bikinili FOTOSESSİYASI
“SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Maskın anası Mey Mask yeni fotosessiyası ilə səs-küyə səbəb olub. BAKU.WS xəbər verir ki, o, məşhur jurnallardan b...