İlkin Həsəni qızı Alisanın ilk fotosunu paylaşdı - FOTO

İlkin Həsəni qızı Alisanın ilk fotosunu paylaşdı - FOTO
Şou-biznes 3785
İlkin Həsəni ilk dəfə qızı Alisanın üzünü göstərib.BAKU.WS xəbər verir ki, düz 1 il əvvəl ata olan aparıcı və aktyor qızının ilk doğum gününü "İntagram"da foto paylaşaraq təbrik edib:“Düz 1 il öncə həyatımın ən böyük və ən məsuliyyətli həyəcan siqnalı çalındı. Hər şey o qədər ani, o qədər tez baş verdi ki, gəlişini mayda gözləyirdik, özünü sevimli marta çatdırdı. İlk dəfə idi ki, qəribə bir həyəcan içində idim, həyatın hər çətinliyinə hazır olan bir adam indi sakitcə dayanıb qapalı “küvez”dən, üzərinə zond və müxtəlif sistemlər qoşulmuş 1 kiloqram 800 qramlıq bir möcüzəyə baxırdı. Görəsən, necə olacaq fikirləri ilə üz-üzə idim. İl keçdi və bu gün mənə atalıq statusu bəxş edən bu möcüzənin ilk doğum günüdür, 1 yaşın mübarək, qızım.P.S. Bu foto isə həkimlərin “narahat olmayın, hər şey yaxşı olacaq” dedikdən sonra çəkilib. Yaşadığım ən gözəl anları isə balaca möcüzə gözləyən bütün ailələrə arzulayıram!”.AyselBAKU.WS

Oxşar xəbərlər

Hacı Nuran Nüsrətin doğum gününü belə təbrik etdi - FOTO

Hacı Nuran Nüsrətin doğum gününü belə təbrik etdi - FOTO

Aparıcı Hacı Nuran Hüseynov şəxsi "Instagram" hesabında yeni foto yerləşdirib. BAKU.WS xəbər verir ki, aparıcı bu dəfə məşhur qəssab Nüsrətlə şəkil çəkdirib və...

6969 Şou-biznes 15:39 09 avqust 2018

Son xəbərlər