İlham Mirzəyev: "Səni Allaha, 124 min peyğəmbərə, 12 imama həvalə edirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Dələduzluğa görə məhkumluq həyatı yaşayan tanınmış aparıcı İlham Mirzəyevin oğlu ali məktəbə daxil olub.
BAKU.WS-in məlumatına görə, aparıcı sevincini "İnstagram" hesabında bölüşüb. "Mənim əziz oğlum Həsən, illərdir Allaha yalvarırdım ki, sənə zehin açıqlığı versin, orta məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul olasan. Elə ona görə də nə qədər əzab-əziyyətlər çəksəm də, əzilsəm də, bircə sənə görə hər şeyə susdum və dözdüm. Amma sən mənə həyat verdin, təzədən məni həyata qaytardın.
Əla qiymətlərlə orta məktəbi bitirdin, beş ölkədən səkkiz möhtəşəm universiteti ən yüksək balla qazanıb tələbə adına layiq oldun. Mən çox xoşbəxtəm ki, sən mənim oğlumsan. Sənə təşəkkür edirəm ki, bu sevinci mənə yaşatdın. Mənə bundan sonra heç nə lazım deyil, sadəcə xoşbəxt və bəxtəvər həyat yaşa, bəsimdir.
Ataların dualarını Allah qəbul edir, bala. Səni təbrik edirəm. Sən mənə ən qiymətli hədiyyəni verdin. Səni göydə Allaha, yerdə 124 min peyğəmbərə, 12 imama həvalə edirəm. Qoy Allah adın İmam Həsənin xatirinə səni xəta-bəladan qorusun, canım oğlum. Allah bütün valideynləri sevindirsin və bütün övladlarımızı qorusun. Sən 16 yaşında ən böyük nailiyyətləri əldə etdin, mənim ağıllı balam. Allah bütün valideynləri övladları ilə sevindirsin. Onsuz da bilirəm, səhifəmdəki tanınmış insanlar heç təbrik etməyəcəklər, amma məni sevənlər etsələr, bəsimdir".
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...