Lalə Məmmədova Kayahanın həyat yoldaşı ilə duet oxudu - VİDEO

Lalə Məmmədova Kayahanın həyat yoldaşı ilə duet oxudu - VİDEO
Video
Şou-biznes 371

Əməkdar artist Lalə Məmmədova Türkiyənin "TRT" kanalında yayımlanan "İpek Yolu" verilişinə qatılıb.

BAKU.WS xəbər verir ki, o, mərhum ifaçı Kayahanın həyat yoldaşı İpek Açarın proqramında iştirak edib. Bu haqda Lalə sosial şəbəkə hesabında məlumat verib.

Məmmədova verilişdən olan görüntüləri yayımlayaraq bunları yazıb:

“Yolu sevgidən keçən hər kəslə bir gün bir yerlərdə görüşərik. Səsi gözəl, özü gözəl İpək xanımla bütün dünyaya Azərbaycan-Türkiyə sevgisini nəğmələrimizdə anlatdıq".

Proqram zamanı Lalə Məmmədova İpek Açarla Azərbaycan-Türkiyə mahnısını duet oxuyub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər