Küveyt aviaşirkəti Azərbaycana uçuşları bərpa edir (VİDEO, FOTO)
Küveytin "Jazeera Airways” aviaşirkəti iyulun 10-dan Küveyt-Bakı-Küveyt istiqamətində müntəzəm reyslərin yerinə yetirilməsinə başlayıb.
BAKU.WS-in məlumatına görə, "Jazeera Airways” Küveyt-Bakı-Küveyt istiqamətində müntəzəm uçuşlara başlayıb. İlk reysi А320 təyyarəsi Bakı aeroportunda eniş edib. Küveyt-Bakı reysin ilk sərnişinləri xüsusi qonaqlar olub. Bunlar "Jazeera Airways”in baş direktoru Rohit Ramaçandran, Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman və Azərbaycanın Küveytdəki konsulu Mirdavud Sultanov olub.
Xüsusi qonaqları Azərbaycan tərəfindən Küveytin Azərbaycandakı səfiri Sera Saud Abudlaziza Al Rumi, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin direktoru Aydın İsmiyev, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, "Khazar Travel Lufthansa City Center”in direktoru Quliyev Musa qarşılayıblar.
Bakı aeroportunda eniş edən А320 təyyarəni ənənəvi olaraq "su arkası” edilib. Təqdimatdan sonra qonaqlar jurnalistləri maraqlandıran sualları cavablandırıb. O, həmçinin qiymətlərdə düşüş olacağını və reyslər həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcəyini qeyd edib.
Qeyd edək ki, "Jazeera Airways”in Azərbaycandakı rəsmi təmsilçisi "Khazar Travel Lufthansa City Center”dir.
Tuncay
BAKU.WS
Oxşar xəbərlər
Ərəblər yenidən Azərbaycana axışır: Hotellərdə boş yer qalmayıb
"Noyabrın 30-dan başlayaraq dekabrın 5-6-a qədər ərəb ölkələrindən, xüsusilə, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana çoxlu sayda turist gələcək”. BAKU.WS...