KONSERTDƏ FACİƏ: Nəhəng monitor rəqqasların üzərinə düşdü - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Honq Konqda "Mirror" pop musiqi qrupunun konserti baş tutub.
BAKU.WS xəbər verir ki, müxtəlif kompozisiyaların səsləndirildiyi musiqili proqramda faciə yaşanıb.
Belə ki, səhnədən asılan nəhəng monitor rəqs edən rəqqasların üzərinə düşüb. Bədbəxt hadisə nəticəsində iki rəqqas ağır xəsarət alıb.
Onlar dərhal təcili tibbi yardımla xəstəxanaya yerləşdiriliblər. Rəqqaslardan birinin vəziyyəti yaxşı olsa da, digəri hələ də reanimasiyadadır.
Konsert zamanı yaşanan faciə tamaşaçılardan da yan keçməyib. Onlardan bəziləri böyük şok keçirdiyi üçün xəstəxanaya yerləşdiriliblər.
Baş verənlərdən sonra qrupun növbəti günlərdə baş tutacaq konsertləri ləğv edilib.
Qeyd edək ki, 2018-ci ildə yaradılan "Mirror" qrupu daha çox Asiya ölkələrində populyardır.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...